İranda məsciddən oğurlanan qiymətli əşyalar geri qaytarıldı
19 Dekabr 2012 22:25 Güneyİranın İsfahan şəhərinin Hərənd qəsəbəsində yerləşən məsciddən qiymətli əşyaları oğurlayan şəxslər tutduqları əməldən peşman olaraq həmin əşyaları məscidə qaytarıblar.Bu barədə Trend İran Televiziyasının rəsmi xəbər saytı IRIBNEWS-a istinadən məlumat verir.
Məlumata əsasən, oğrular 40 gün öncə 315 illik qılınc, qalxan, əsa, güldan, 500 illik tarixə malik təqvim, balta, təsbeh, möhür, Səfəvilər dövrünə aid sikkələr və digər əşyaları məsciddən oğurlamışdılar.Oğrular ötən gün həmin əşyaları kisəyə dolduraraq məscidin qapısının ağzına qoyaraq oradan uzaqlaşıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31