İranda azərbaycanlıların kütləvi həbsi davam edir

Urmu Gölü məsələsində İran dövləti Güney Azərbaycanlıların etirazlarını basqı, hədə, zindan və işgəncə ilə qarşılamağa davam edir. Bu barədə "OLAYLAR"a İranda yaşayan hüquq müdafiəçisi Musa Bərzin Xələfli məlumat verib. Onun sözlərinə görə, polis təhlükəsizlik qüvvələri ilə birlikdə yüzdən artıq silahlı ilə evə hücüm edib. Silahlılar 29 milli fəalı, gənc və  ağsaqqalı döyə-döyə təhqir edərək həbs ediblər: "Saxlanılan 29 nəfərdən15-i əvvəlcə polis tərəfindən həbsxanada xüsusi amansızlıqla döyülüb, sonra Təbriz mərkəz zindanının 3-cü kamerasına salınıb.  Tutulan 29 nəfərdən 15 milli fəal 17 günlük həbs cəzasına məhkum edilib.  5 nəfər saxlandıqları zindanda ağır işgəncələrlə döyülüb. Həbs edilənlərdən 28 nəfər 1 ay təhlükəsizlik qüvvələrinin həbsxanasında işgəncə verildikdən sonra Təbriz mərkəz zindanına göndərilib. Hüquq müdafiəçisi bildirir ki, hazırda həbslər davam etməkdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31