İrana yeni sanksiyalar
14 Dekabr 2012 10:40 GüneyBirləşmiş Ştatlar İranın nüvə proqramına qarşı təzyiqləri artırmaq məqsədilə Terhana yeni sanksiyalar tətbiq edir."OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İranda uranın zənginləşdirilməsi proqramında iştirak edən 7 şirkətə, eləcə də 5 fiziki şəxsə qarşı sanksiyalar tətbiq olunub. Sanksiyalara məruz qalan şirkətlər Pouya Control, Iran Pooya, Aria Nikan Marine Industry, Faratech, Neda Industrial Group, Tarh O Palayesh və Towlid Abzar Boreshi Iran şirkətləridir. Fiziki şəxslər sırasına isə Feridun Abbas Davani, Sayit Cabir Safdari, Murtaza Ahmədali Behzat, Amir Hüseyin Rahimyar və Muhammed Reza Rezvanianzadehdir. Sanksiyalara əsasən adları çəkilən şəxslər və şirkətlərə Amerika firma və vətəndaşları ilə işbirliyi qadağan edilir.