Hüseyn Türkelli: “Azərbaycan əleyhinə aksiyalara gələnlərin hamısı aldadılmış və manqurtlaşmış insanlardır”
21 May 2012 18:39 Güneyİranın hakim molla rejimi Azərbaycan Respublikasına qarşı qərəzkar siyasətini davam etdirir. Hər cümə İranın azərbaycanlılar yaşayan şəhərlərdə, o cümlədən paytaxt Tehranda antiAzərbaycan aksiyaları keçirilir. Molla rejimi bununla Güney Azərbaycan türklərində Azərbaycan haqqında mənfi rəy yaratmağa çalışır. Kanadanın Toronto şəhərində yaşayan güneyli mühacir Hüseyn Türkelli "OLAYLAR"a açıqlamasında deyib ki, İranda Azərbaycan əleyhinə keçirilən aksiyaların Güney Azərbaycan türklərinə heç bir aidiyyatı yoxdur: "Azərbaycan səfirliyi və konsulluğu önündə keçirilən aksiyaların xalqa heç bir aidiyyatı yoxdur. Ora gələnlərin əksəriyyəti İranın Təhlükəsizlik Nazilriyinin (ETTELAAT) gətirdiyi adamlardı. Aksiyalara gələnlərin hamısı aldadılmış və manqurtlaşmış insanlardır".