Hüqo Çavesin xələfi məlum oldu
10 Dekabr 2012 09:48 GüneyVenesuela prezidenti Hüqo Çavez xələfinin adını açıqlayıb. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 58 yaşındakı Çavez bunu dövlət televiziyası ilə canlı yayında çıxışı zamanı deyib. Venesuela prezidenti bildirib ki, hazırkı xarici işlər naziri Nikola Maduroyu xələfi elan edir. Hüqo Çavez yaxın günlərdə əməliyyat üçün Kubanın paytaxtı'Havanaya gedəcəyini də vurğulayıb. Qeyd edək ki, 14 ildir ki, Venesuelaya rəhbərlik edən Hüqu Çaves xərçəng xəstəliyindən əziyyət çəkir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31