Urmiya gölünün qurumasına etiraza görə 21 ay həbs

Güney Azərbaycan türklərinin milli-mədəni haqlarının təmin olunmasını istəyənlərdən biri Mehdi Həmidi -Şəfiq həbs edilib.Lent.az-a Güney Azərbaycanyönlü mənbələrdən daxil olan məlumata görə, onu məhkəmə 21 ay müddətinə azadlıqdan məhrum etmişdi. Ötən gün ETTELAAT-ın Təbrizdəki bölməsinin məmurları tərəfindən o, tutularaq, həbsxanaya aparılıb. İndi o, Urmiya gölünün qurumasına etiraz etdiyinə, ana dilini sevməsinə görə 21 ay həbsdə qalacaq.Xatırladaq ki, Mehdi Həmidi -Şəfiq Təbrizdə yaşayır.O, Təbriz Universiteti Sosiologiya fakültəsini bitirib.
Ötən il sentyabrın 2-də Təbrizdə Urmiya gölünün qurumasına hakimiyyətinə etinasız münasibətinə etiraz aksiyalarında iştirak etdiyi üçün həbs edilmişdi. O zaman 6 ay ETTELAAT-ın təcridxanasında saxlanılıb. Çeşidli işgəncələrə məruz qalıb. İşgəncə nəticəsində sağlığında ciddi problem yaranıb.Sonra girov qarşılığında zaminə buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31