Qızlar məktəbi yandı: 37 şagird xəsarət alıb
Deputat təhsil nazirini istefaya çəğırıb
6 Dekabr 2012 10:45 GüneyGüney Azərbaycanın Qərbi Azərbaycan əyalətində qızların təhsil aldığı məktəbdə yanğın olub.Lent.az-ın İran informasiya vasitələrinə istinadən məlumatına görə, hadisə Piranşəhr şəhəri yaxınlığındakı Şinabad kəndində baş verib.Dərs vaxtı 4-cü sinif şagirdlərinin sinif otağı yanıb. Nəticədə 37 şagird xəsarət alıb.İlkin məlumata əsasən, yanğın neftlə yanan köhnə sobanı sinifdən çıxararkən törəyib. Xəsarəti alan şagird qızlar əyalətin mərkəzində - Urmiyadakı xəstəxanalarda yerləşdirilib. Onlardan 8 - nin sağlıq durumunun ağır olduğu bildirilib.Baş vermiş olaydan sonra deputat Rəsul Xəzri hadisəyə görə məsuliyyəti rəsmilərin daşıdığını söyləyərək, təhsil nazirini istefaya çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31