İranda yazıçılar höküməti senzuraya son qoymağa çağırıb
4 Dekabr 2012 09:47 Güneyİranda 100-dən çox yazıçı və şair höküməti kitablarda senzuraya son qoymağa çağırıb. Onlar deyir ki, son illərdə senzura getdikcə artıb.İnternetdə imzalanan və yayılan bəyanatı imzalamış tərəflər deyir ki, İran dünyada son ölkələrdən biridir ki, yazıçıları kitab nəşr etmək üçün hökümətdən icazə almalıdır.Senzura kitabların və yazıçıların ictimaiyyətdə şöhrətini və nəşr olunan kitabların nüxsələrinin orta hesabla sayını azaldıb, onlar deyir.Kitabların senzurası Prezident Mahmud Əhmedinejadın 2005-ci ildə prezident seçilməsindən az sonra sürətləndirilib.Nəşriyyatçılar hətta Tolstoy kimi klassik yazıçıların kitablarını yenidən çap etmək üçün hökümətdən icazə almalıdır.Beləliklə bir çox nəşriyyatçı müflis olub, bəziləri isə həbs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31