İran Urmiya gölündə bəndlərin tikintisini qadağan edib
Urmiya gölünün sahillərində 19 bənd tikilib
20 Noyabr 2012 15:55 Güneyİran administrasiyası Urmiya gölünün qurumasının qarşısını almaq üçün bəndlərin tikintisini qadağan edib. Trend-in məlumatına görə, bu barədə "Mehr News" agentliyi İran İslam Respublikasının energetika naziri Məcid Nəmcudan sitat gətirib.Bununla belə, o əlavə edib ki, indi həyata keçirilən layihələr dayandırılmayacaq.Uzun illər ərzində Urmiya gölünün sahillərində 19 bənd tikilib. Bu bəndlər kənd təsərrüfatının və sənayenin ehtiyacları üçün 1,8 milyard kubmetrə qədər suyun əldə olunmasına imkan verirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31