“SEPAH” da Əhmədinejadı saymaz etdi

Əli Oruclu: “İran prezidenti Əhmədinajadı ciddi təhlükə gözləyir”

İran prezidenti Mahmud Əhmədinejadın "SEPAH"la olan münasibətləri kritik vəziyyətə çatıb. İran mətbuatının məlumatına görə "SEPAH" komandanı general Məhəmməd Əli Cəfəri bu dəfə fə Əhmədinejadı ölkənin dini liderləri ilə düzgün münasibət qura bilməməkdə ittiham edib. Cəfəri əsasən də İranın ali dini lideri Əli Xamneyi ilə Əhmədinejad arasında olan gərginliyi kəskin şəkildə pisləyib. "SEPAH" komandanının sözlərinə görə İrana dini liderlərlə düzgün işləməyi bacaran prezident lazımıdır. Bir sözlə İran hakimiyyəti ölkə daxilində hökumət dairələri arasında silahlı qarşıdurma yaranmadan Mahmud Əhmədinejadın istefasını istəyirlər. Məsələyə münasibət bildirən AMİP-in Mərkəzi Şurasının üzvü Əli Oruclunun sözlərinə görə İran daxilində hökumət qurumlarının Əhmədinejada qarşı çevrilməsi o deməkdir ki, artıq Əhmədinejad daxildə öz populyarlığını, nüfuzunu getdikcə daha çox itirməkdədir: "Beynəlxalq qurumların İrana qarşı sanksiyalarına görə hökumət dairələri prezidentlə münasibətlərində daha çox radikalizmə üstünlük verirlər. Hətta, parlamentin özü də istəyir ki, ölkənin hakimiyyət çevrəsi dini liderin təəssübünü çəkən dindarlardan formalaşsın. Bu da İranda ciddi, xoşagəlməz hadisələrə gətirib çıxaracaq. İran prezidenti Mahmud Əhmədinejadı ciddi təhlükə gözləyir" (OLAYLAR) İA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31