İran Suriyaya arxa çevirir

Rəsmi Tehran Bəşər Əsədə arxa çevirməyə başlayıb. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İran xarici işlər naziri  Əli Əkbər Salehinin son açıqlamasında bu mövqe özünü açıq göstərib. Tehranda Suriya höküməti və muxalifləri bir araya gətirən ''Beynəlxalq Diyaloq Toplantısı''ndan sonra jurnalistlərə açıqlama verən iranlı nazir qeyd edib ki, Suriya hökümətinin xalqın tələblərinə cavab verməsi şartdir. Salehi deyib ki, Suriya xalqı da diğər xalqlar kimi azadlıq, çoxpartiyalı sistem və ədalətli seçkilər kimi haqlara sahib olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31