İranlılar erməni yazıçısının heykəlini dağıtdılar
16 Noyabr 2012 09:01 GüneyNoyabrın 15-nə keçən gecə İrəvanın polis şöbəsinə iki nəfər xaricinin şəhərin mərkəzində erməni yazıçısı Qrant Matevosyanın heykəlini sındırması haqda məlumat daxil olub. Hadisə yerinə gələn polis iki nəfər İran vətəndaşını saxlayıb. Araşdırma nəticəsində məlum olub ki, 28 yaşlı Fərşad A. şəkil çəkdirmək üçün heykəlin ayağının üstündə oturub və "yazıçının ayağı" onun ağırlığına tab gətirə bilməyərək sınıb. Dəymiş ziyanı müəyyənləşdirmək üçün ekspertiza təyin edilib.müsavat.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31