Çöhrəqanlı Türkiyəyə gəlir

Artıq viza məsələsi həll edilib

Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri, doktor Mahmudəli Çöhrəqanlı Türkiyəyə gəlir. Bu barədə məlumatı  "OLAYLAR"a GAMOH-un mətbuat üzrə əlaqələndiricisi Cəfər Pəştu verib. Onun sözlərinə görə, doktor Mahmudəli Çöhrəqanlı  MHP-nin qurultayına qatılacaq. Qeyd edək ki, doktor noyabrın 4-də Ankarada keçiriləcək Milli Hərəkat Partiyasının qurultayına dəvət alıb. Artıq viza məsələsi həll edilib və Çöhrəqanlının Ankaraya gələcəyi dəqiqləşib. Türkiyədəki güneylilər doktoru qarşılamağa hazırlaşırlar. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31