GAMOH “Güney Azərbaycanın dosları forumu”na qatılmayacaq
11 May 2012 19:02 GüneyMayın 12-13-ü tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək "Güney Azərbaycan dosları forumu"na Güney Azərbaycan Milli Oyanış Hərəkatı qatılmayacaq. Hərəkatdan "OLAYLAR"-a verilən məlumatda bildirilir ki, forumun məqsədi və orada qəbul ediləcək qərarların mexanizminin müəyyənləşdirilməməsi, toplantıya Güney Azərbaycandan yetərli sayda insanın dəvət edilməməsi, təhlükəsizlik məsələlərin istənilən səviyyədə təşkil olunmaması və digər səbəblərdən dolayı GAMOH forumunda iştirak etməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31