Güneyli fəal məhkəməyə çağrıldı
11 May 2012 19:01 GüneyGüney Azərbaycanda siyasi fəallara qarşı təzyiqlər davam edir. GAMOH-un mətbuat katibi Ağrı Qaradağlının "OLAYLAR"a verdiyi məlumata görə, Milli Hərəkatın tanınmış fəalı Abbas Nəzəri Təbrizin İnqilab Məhkəməsinə çağırılıb. Mühəndis Abbas Nəzəri Əhər şəhərinin orta məktəblərində müəllim işləyir və milli və mədəni hərəkatda fəaldır. Qeyd edək ki, bu hərəkatçı dəfələrlə Əhər şəhərinin ETTELAAT idarəsi tərəfindən göz altına alınıb və qeyri-qanuni olaraq bir neçə ay həbsdə saxlanıb. Sonuncu dəfə həbs edildiyində girov müqabilində sərbəst buraxılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31