İranlı zəvvarların avtobusu partladıldı: 5 ölü, 12 yaralı
28 Oktyabr 2012 12:51 Güneyİraqda iranlı zəvvarları daşıyan avtobus partladılıb.APA-nın İran mətbuatına istinadən məlumatına görə, hadisə paytaxt Bağdad şəhərindən 20 kilometr şimalda, "əl-Taci" bölgəsində baş verib. Uzaqdan idarə olunan bomba əvvəlcədən avtobusa yerləşdirilib. Bombanın partlaması nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.İran Həcc və Ziyarət Təşkilatının rəsmisi Əli Heydəri isə bildirib ki, zəvvarlar İranın Kaşan şəhərindən İraqın Samirə şəhərinə səfər edirmişlər: "Həmin avtobus İran Həcc və Ziyarət Təşkilatının icazəsi olmadan İraqa gedib"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31