Tehran 20 min siyasi məhbusun qətlində ittiham olunur
İran hakimiyyəti bu iddianı rədd edir
27 Oktyabr 2012 09:09 GüneyRəsmi Tehran 20 minədək siyasi məhbusu gizli şəkildə edam etməkdə ittiham olunur. GünAzTV-nin məlumatına görə, beynəlxalq Haaqa Məhkəməsi İranla bağlı işə baxacaq.Məhkəmə inqilabdan sonra 1980-ci illərdə İranda 20 minə qədər siyasi məhbusun gizli edamını araşdıracaq. Tribunalın açılması barədə müraciət edən hüquq müdafiəçiləri qərarın hüquqi qüvvə daşımayacağını bildirib.Hüquq müdafiəçiləri İran rejimini dissidentləri oğurlayaraq, işgəncələrə məruz qoymaqda və kütləvi edamlarda ittiham edir.Məhkəmənin əsas hədəfi bu qətlləri törədənləri məsuliyyətə cəlb etməyə rəsmi qurumları inandırmaqdır.İran hakimiyyəti isə beynəlxalq qanunların pozulmadığını bildirir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31