Urmiyada ermənilərin azərbaycanlılara qarşı soyqırımına aid kütləvi məzarlıq tapılıb
"Sümüklərin altındakı küllər və bəzi yanmış sümüklər onların quyuda yandırıldığını və ya yandırıldıqdan sonra basdırıldığını deməyə əsas verir"
20 Oktyabr 2012 06:10 Güneyİranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində kütləvi məzarlıq tapılıb. Urmiyada yaşayan soydaşlarımızdan APA-ya daxil olan məlumata görə, 15 Xordad adlı məktəbə yenisini inşa etmək üçün 75 illik köhnə binası uçurdulub. Qazıntılar zamanı qədim dövrə aid əşyalar, kəhriz və 4 metr dərinliyi olan quyularda kütləvi məzarlıq aşkar edilib. Şəhər ağsaqqalarının bildirdiyinə görə, məktəb binasının yeri bir vaxtlar "Qara sandıq" adlı qəbiristanlığın ərazisi olub. Verilən məlumata görə, əraziyə arxeoloqlardan ibarət tədqiqat qrupu göndərilib. Məzarlığa ilkin baxış keçirən arxeoloq Rza Heydəri bildirib ki, sümüklərin altındakı küllər və bəzi yanmış sümüklər onların quyuda yandırıldığını və ya yandırıldıqdan sonra basdırıldığını deməyə əsas verir. Şəhər əhalisi həmin məzarlığın 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş "Cilovluq" adlı soyqırımın qurbanlarına aid olduğu fikrindədir/ Qeyd edək ki, 1918-ci ilin mart ayında ermənilər və assurilər Xoy, Salmas və Urmiya və Qərbi Azərbaycan vilayətinin digər şəhərlərində kütləvi qırğınlar törədərək, 130 mindən çox azərbaycanlını qətlə yetiriblər.