Güneyli fəala 2 il iş verdilər
16 Oktyabr 2012 13:07 GüneyGüney Azərbaycanda siyasi fəallara qarşı təqiblər davam edir. Milli fəal Elçin Hatəminin "OLAYLAR"a verdiyi məlumata görə, milli fəal Məsud Hüseynzadə Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən 24 ay həbs cəzasina məhkum edilib. O 2 illik həbs cəzasının 18 ayını həbsxanada keçirmək məcburiyyətində qalacaq. Məsud bəyin məhkəməsi 11 oktyabrda keçirilib. Xatırladaq ki, M.Hüseynzadə islam cəza qanununa dayanaraq milli fəalı İran hakimiyyətinə qarşı təbliğat aparmaqda günahlandırıb və buna 1 il həbs kəsib. Prokurorun iddiasına görə, milli fəal ali dini lider Əli Xamneyini təhqir etdiyi üçün ayrıca 1 il həbslə cəzalandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31