Qaradağ mahalına sel gəlib

Bölgədəki kəndlərdə elektrik sistemi sıradan çıxıb

Güney Azərbaycanın Qaradağ mahalının Kəleybər rayonuna ötən gün sel gəлib.Lent.az-ın yerli informasiya mənbələrinə istinadən məlumatına görə, təbi fəlakət nəticəsində bölgənin Abışəhməd kəndində bir yaşlı kişi və 19 yaşlı Əfrasiyab Vətənpərəsт adlı gənc həlak olub.Sel rayonun Nəcəf, Tərəkəmə, Darcın və başqa kəndlərində 30 artıq evi dağıdıb, mindən çox mal-qaranı aparıb.Bundan başqa 10 minik avtomobilinə, 8 traktora da ziyan dəydiyi bildirilib.Kəleybər rayonu icra hakimiyyətinin başçısı Əsgər Abdullahpur KİV-ə açıqlamasında həmin kəndlərя dəyən ziyanı təsdiqləyərək, orada su və elеktrik sisteminin də sıradan çıxdığını söyləyib.Xatırladaq ki, bu ilin avqustunda Qarаdağ mahalında baş vermişi dağıdıcı zəlzələ həmin kəndlərin əhalisinə ciddi ziyan vurmuşdu. Həmin təbii fəlakətin ağır nəticələrinin aradan qaldırılmasına Tehran hakimiyyəti hələ də laqeyd yanaşmaqdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31