Əhmədinejad gecə gəlib...
Gecə gedəcək...
15 Oktyabr 2012 13:39 Güneyİran Prezidenti Mahmud Əhmədinejad sabah Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin dövlət başçılarının XII sammitində iştirak etmək üçün Bakya gələcək. Bu barədə İranın ölkəmizdəki səfirliyindən məlumat verilib.Bildirilib ki, İran prezidentinin Bakıya bu gün gecə gələcək. O, Bakıda sammit çərçivəsində Azərbaycan, Türkiyə və Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli münasibətlər, regional, xüsusilə Suriya ilə bağlı məsələlər müzakirə olunacaq.Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.