Güneyli fəalın məhkəməsi olub

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Behnam Şeyxinin məhkəməsi keçirilib. GAMOH-un mətbuat əlaqələndiricisi Ağrı Qaradağlının "OLAYLAR"a verdiyi məlumata görə, proses Təbrizin İnqilab Məhkəməsində olub. Məhkəmə qərar çıxarmayıb. Xatırladaq ki, Behnam Şeyxi 36 gün öncə Güney Azərbaycanın başkəndi Təbrizə gedərkən yaxalanmış və ETTELAAT zindanına salınmışdı. Bundan öncə isə Behnam bəy 5 il müddətinə şərti cəza almışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31