Təbrizdə 4 nəfər edam olunub
10 Oktyabr 2012 19:45 Güneyİranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhər mərkəzi həbsxanasında dörd nəfər edam olunub. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.
Şərqi Azərbaycan əyalət prokurorluğundan bildirilib ki, həmin şəxslər zorlama ittihamı ilə edama məhkum olunublar.
Onlar magistral yollarda gənc qız və gəlinlərin qarşısını kəsib, onları naməlum istiqamətə apararaq zorlayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31