Taksi sürücüləri qiyməti artırdı....

İran valyutası rialın dəyərdən düşməsi özünü bir sıra sahələrdə, o cümlədən xidmət sahəsində də göstərməkdədir.

Lent.az-ın məlumatına əsasən,Təbrizdə taksilərdə gediş haqqının 30 faiz bahalandığı bildirilir.Qanunlara görə, gediş haqlarının bahalaşması layihəsi öncə şəhərin bələdiyyəsi tərəfindən irəli sürülməli və sonra bunu icra hakimiyyəti təsdiq etməlidir. Ancaq bu qurumlar bahalaşma ilə bağlı heç bir qərar qəbul etməyib. Mənbənin məlumatına görə, mövcud vəziyyətə əsasən taksi sürücüləri özbaşına bu qərara gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31