Kameralar terrorçuların hücumuna əngəl yaradıb

Oktyabrın 1-də İrandan gələn  bir qrup PKK-çı terrorrçu Hakkarinin Şemdinli məntəqəsindəki TSK- nın  jandarm şöbəsinə hücum etməyə cəhd göstərib. "Olaylar"ın Türkiyə bürosunun verdiyi xəbərə görə,  jandarm idarəsinə yaxınlaşan terrorçu qrupun hərəkətləri  kameralar tərəfindən qeydə alınıb. Bunun nəticəsində terrorrçuların qəfil hücumunun qarşısı alınıb. Terorrçuların mövqeləri top atəşinə tutulub və bir neçə saat çəkən döyüş nəticəsində 10-dan  artıq terrorrçu öldürülüb, çox sayda silah və sursat ələ keçirilib. Hazırda bölgədə hərbi  hava qüvvələrinin dəstəyi ilə əməliyyat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31