Əhmədinejad Azərbaycana gələcək
1 Oktyabr 2012 13:07 Güneyİran prezidenti Mahmud Əhmədinejad İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Azərbaycana gələcək.
APA-nın "Fars" agentliyinə istinadən yaydığı məlumata görə, İƏT dövlət başçılarının sammiti oktyabrın 16-da Bakıda keçiriləcək. Bundan bir gün əvvəl isə İƏT Nazirlər Şurasının XX iclasının keçirilməsi nəzərdə tutulur. Sammitin yekununda Bakı Bəyannaməsi qəbul olunacaq, sənəddə təşkilatın gələcək fəaliyyət istiqamətləri öz əksini tapacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31