Güney Azərbaycan Milli Hərəkatı İranı silkələyəcək

Dünyanın əksər ölkələrində molla rejiminə qarşı etiraz aksiyaları təşkil olunacaq

İran hakimiyyətinin qurumaqda olan Urmu gölü ilə bağlı tədbrilər görməməsi, siyasi məhbusları azad etməməsi, zəlzələ zərərçəkənlərinə laqeyd münasibəti Güney Azərbaycan Milli Hərəkatını hərəkətə gətirib. Türkiyədə yaşayan GAMOH-un mətbuat əlaqələndiricisi Ağrı Qaradağlının "OLAYLAR"a verdiyi məlumata görə, yaxın günlərdə Avropa ölkələrində və Amerikada yaşayan Güney azərbaycanlıları İran rejimi əleyhinə aksiyalara başlayacaqlar. Aksiyalar İran səfriliklərinin, beynəlxalq təşkilatların ofislərinin qarşısında keçiriləcək: "İran hakimiyyətinin zəlzələ qurbanlarına ögey münasibəti, Urmu gölü ilə bağlı tutduğu cinayətkar mövqe, siyasi məhbus problemini həll etməməsi, türklərər an dilində təhsil hüququnu tanımaması Güney Azərbaycan türklərini səbr kasasını daşırıb. Iranda yeni dərs ili başlanır. Hələ də türklərər ana dilində təhsil hüuqu verilməyib. Aksiyalarda ana dilində təhsil də tələb olunacaq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31