Əhmədinejad:«İran parlamenti şeytanla doludur»

İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad yalnız BMT-nin Baş Assambleyasındakı çıxışı ilə yadda qalmayıb, hakimiyyətin daxilində problemlərin olduğunu da nümayiş etdirib.O, Nyu-Yorkda mətbuat konfransından sonra oteldən çıxarkən "BBC"-nin fars xidmətinin müxbiri ona İran nümayəndə heyətinin tərkibi haqda sual verib:"İran parlamenti bildirib ki, siz 160 adam üçün viza almısınız".Lent.az-ın "Azadlıq.org"-a istinadən məlumatına görə,M.Əhmədinejad özünü eşitməzliyə vuranda, jurnalist sualını təkarlayıb:"Niyə 160 adama viza almısınız? Parlament soruşur ki, bu adamlar orda nə edir?".Bundan sonra İran prezidenti ayaq saxlayıb, dönərək, jurnalistə deyib:"Parlament şeytanla doludur".CNN-ə müsahibəsində isə İran prezidenti Qərbin homoseksuallara dözümünü tənqid edib:"İcazə verin sizdən soruşum, homoseksuallardan hansısa biri uşaq dünyaya gətirir? Homoseksuallar nəsil artımının qarşısını alır. Pis bir əməli bir qrup legitim sayırsa, bu o demək deyil ki, digər qruplar da legitim saymalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31