İranda güclü zəlzələ baş verdi

4,6 bal gücündəki yeraltı təkanlar 13 dəqiqə aralıqla baş verib

Bu gün səhər İranın cənubunda yerləşən Buşəhr əyalətinin Cəm şəhərində Rixter cədvəli üzrə 4,6 bal gücündə iki zəlzələ baş verib.ANS PRESS-in İranın Fars agentliyinə istinadən verdiyi məlumata görə,Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz birinci zəlzələnin yerli vaxtla səhər saat 06:30-da, ikincinin isə 06:43-də baş verdiyini bildirib.Hələlik zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31