İranda növbəti avtoqəza...

9 nəfər həlak olub

Məşhəd-Gülüstan şosesinin Ağ qamış yaşayış məntəqəsinə yaxın hissəsində ağır yol nəqliyyat hadisəsi baş vermişdir.Sentyabrın 13-də günorta saatları sərnişin avtobusunun ağır tonlu yük maşınına çırpılması nəticəsində baş vermiş hadisədə ən azı doqquz nəfər həlak olmuşdur. Ölənlər arasında azyaşlıların da olduğu bildirilir.Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılmışlar. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Güclü toqquşma yük maşınının alışmasına səbəb olmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31