UGAK toplantı keçirdi
11 Sentyabr 2012 14:35 GüneyUluslararası Güney Azərbaycan Konseyinin həftəlik toplantısı keçirilib. Bu barədə "OLAYLAR"a konseyin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü, sabiq millət vəkili Baba Tağıyev məlumat verib. Onun sözlərinə görə, Mərdan Seyidbəylinin sədirlik etdiyi toplantının gündəliyində Güney Azərbaycanda baş verən zəlzələ və onun nəticələri, təşkilatdaxili məsələlər, Konseyin birinci qurultayının çağrılması və Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması daxil olub. Toplantıda konseyin 35 üzvü iştirak edib: "Gündəlikdəki məsələlər müzakirə olundu və bir sıra mühüm qərarlar qəbul edildi.Güney Azərbaycanda zəlzələnin nəticələri ilə bağlı professor, Firudun Cəlilov, Mahmud Bilgin,Əfsanə Sulduzlu, Əmir Mərdani, Hadi Musəvi öz fikirlərini bildirdilər. Güney Azərbaycanda gedən ictimai-siyasi proseslərin bu həssas dönəmində UGAK-nin fəaliyyəti təhlil edildi, bu təşkilatın daha da genisləndiririlməsi və güneyli soydaslarımızın Konseydə daha çox yer alması müzakirə olunaraq, qərarlar qəbul olundu".
Baba Tağıyev deyib ki, iclasın gündəliyində duran məsələlərdən biri də, Konseyin 1-ci Qurultayınıin çagırılması olub: "Bu məsələ ətrafında ciddi müzakirələr aparıldı və nəticədə toplantıda iştirak edən 35 nəfər konsey üzvü UGAK-nin 1-ci Qurultayının 20-21 oktyabr 2012-ci il tarixdə Ankarada keçirilməsinə yekdilliklə səs verildi. Qurultaya qədər konseyin strukturu, yeni nizamnaməsinin və loqosunun hazırlanması tövsiyyə olundu. Toplantıda 21 nəfərdən ibarət Qurultaya Hazırlıq üzrə Təskilat Komitəsi yaradıldı və Konseyin bütün səlahiyyətləri Təskilat Komitəsinə verildi". Sabiq millət vəkilinin sözlərinə görə, Qurultaya Hazırlıq üzrə Təskilat Komitəsinin üzvləri aşağıdakı tərkibdə müəyyənləşib. Prof. Firudin Cəlilov, Mahmud Bilgin,Əfsanə Sulduzlu,Əmir Mərdani, Aydin Tağıoğlu,Cabbar Səttaroğlu, Siyavuş Yusifli, Hakim Sadiqov,Solmaz Bilgin, Sədaqət Paşayeva, Mikail Kəskin,Abbas Aslan, Əfqan bəy, Turan Kayhan,Elnur Pasa, Hadi Musəvi, Əli Salimi, Məhəmməd Azər, Əlirza Amanbəyli, Baba Tağıyev, Mərdan Seyidbəyli".