Ərdəbilli fəallar məhkəməyə çağrılıb

Azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər davam edir. GAMOH-dan "OLAYLAR"a daxil olan məlumata görə, azərbaycanlı fəallar Həmid Qüvvəti və Taha Haşimi sentyabrın 6-da Ərdəbil ümumi məhkəməsinin 5-ci şöbəsinə çağırılıblar. Onlar son müdafiə dəlillərini məhkəməyə təqdim edəcəklər. Qüvvəti və Haşimi 2011-ci ilin avqust ayında Ərdəbildə Urmu Gölü ilə bağlı keçirilən kütləvi etirazlarla əlaqədar tutuqlanıb və təxminən 1 ay saxlanıldıqdan sonra zəmanət qarşılığında azadlığa buraxılıblar. Qeyd edək ki, Ərdəbil məhkəməsi son həftələrdə milli-mədəni fəalların cinayət işini gündəmə gətirib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31