Milli fəal Təbriz zindanına aparılıb

Azərbaycanlı milli-mədəni fəal Məsud Hüseynzadə Təbriz ETTELAAT-ında 2 ay saxlanıldıqdan sonra zindana köçürülüb. GAMOH-dan "OLAYLAR"a daxil olan məlumata görə, Hüseynzadə öz ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq zindana intiqal edildiyi barədə məlumat verib. O, tutulduğu gündən bəri yalnız 2 dəfə telefon əlaqəsi saxlamağa nail olub.
Qeyd edək ki, tanınmış azərbaycanlı fəal iyulun 9-da öz ata evinin qarşısında təhlükəsizlik qüvvələri tərəfindən döyülərək tutuqlanıb. Hüseynzadə, fəaliyyətinə qadağa qoyulmuş "Arman" öyrənci qurumunun mərkəzi şurasının üzvü olub. O, bundan öncə də təhlükəsizlik qüvvələri tərəfindən müxtəlif formalarda təzyiqlərə məruz qalıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31