Güneyli fəal həbs edilib

Güney Azərbaycanda milli hərəkatçılara qarşı təqiblər davam edir. GAMOH-dan "OLAYLAR"a daxil olan məlumata görə,
Poldeşt şəhərində milli hərəkatçı yaxalanıb. Makulu şair Əlirza Qasımzadənin yubileyindən qayıdan tanınmış milli hərəkatçı Əkbər Gəncizadə Poldeşt şəhərində yaxalanıb və naməlum istiqamətə aparılıb. 3 gun öncə əmniyyət qüvvələri tərəfindən yaxalanan Əkbər Gəncizadənin harada saxlandığı barədə məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31