Xoylu fəallara iş kəsildi
4 Sentyabr 2012 16:47 GüneyGüney Azərbaycanın Xoy şəhərində milli hərəkatçılarım məhkəməsi olub. GAMOH-un mətbuat katibi Ağrı Qaradağlının "OLAYLAR"a verdiyi məlumata görə, mühakimə olunan 16 nəfərdən 7-si məhkəməyə gəlməsə də, hamısına eyni cəza verilib. Hərəkatçılara rejim tərəfindən qondarma ittiham irəli sürülüb. Onları silahlı mübarizəyə cəhddə, pantürkizmdə suçlandırıblar. Siyasi fəalların hər biri 6 ay məcburi həbs və 2 il şərti cəza alıblar. Qeyd edək ki, bu hərəkatçılar keçən il mərhum İbrahim Cəfərzadənin dəfn mərasimində iştişaş yaratma ittihamı ilə həbs edilmiş, bir müddət qanunsuz saxlandıqdan sonra girov müqabilində azad edilmişdilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31