Çinin 23 şəhəri su altında

Dörd gün davam edən aramsız yağışlardan sonra Çinin Sıçuan vilayətinin 23 şəhəri su altında qalıb. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, sel suları nəticəsində 700 mindən çox adama ziyan dəyib. Məlumata görə, 30 min hektar əkin sahəsini, 9 min evi su aparıb. Yağışlar isə dayanmaq bilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31