Yenə də zəlzələ...Bu dəfə Kirmanda..

İranda növbəti dəfə zəlzələ baş verib. Rixter cədvəlilə 4,7 balla ölçülən yeraltı təkannın Kirman əyalətin Rudbar şəhərində qeydə alınıb.Tehran Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ bu gün yerli vaxtla 07:33 radələrində qeydə alınıb. Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub. Dağıntı və insan təlafatı haqqında isə məlumat verilmir.Xatırladaq ki, ötən gün də İranın 5 əyalətində eyni vaxtda zəlzələ qeydə alınmışdı. Şərqi Xorasan əyalətindəki zəlzələnin gücü Rixter cədvəli ilə 5,2 bal gücündə qeydə alınmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31