Gündəm

Miqrasiya Xidməti Zaqatalada səyyar xidmət təşkil edib

13 İyun 2016 14:45

Dövlət Miqrasiya Xidməti respublikamızın rayonlarında maarifləndirmə və səyyar xidmətlərin təşkili istiqamətində tədbirlərini davam etdirir. Şəki regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Zaqatalada növbəti səyyar xidmət təşkil edilib.

Əmək Nazirliyi şəhid ailələrinə ev verdi

13 İyun 2016 14:44

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin yeni mənzillərlə təminatı tədbirləri davam etdirilir. Nazirliyin sifarişi ilə Zaqatala rayonunda inşa olunmuş 13 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.

Azərbaycan Seulda keçirilən beynəlxalq turizm sərgisində mükafatlandırılıb

13 İyun 2016 14:27

Mədəniyyət və Turizm Nazirliyi 09-12 iyun tarixlərində Koreyanın Seul şəhərində keçirilən “KOTFA 2016” beynəlxalq turizm sərgisində iştirak edib. Sözügedən sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə yanaşı “Silk Way travel” və “Geo-travel” turizm şirkətləri təmsil ediblər.

Millət vəkili: “Milli Qurtuluş Günü Azərbaycan tarixində ən şərəfli günlərdən biridir"

13 İyun 2016 14:18

“Milli Qurtuluş Günü Azərbaycan xalqının, dövlətçiliyinin tarixində ən şərəfli günlərdən biridir. Həmin gün tarixdə eyni zamanda ən çətin günlərdən biri kimi yadda qalıb. Məhz 1993-cü ilin iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıtması ölkəmizi üzləşdiyi çox ciddi təhlükələrdən xilas etdi”. Bunu SİA-ya açıqlmasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

Aydın Mirzəzadə: “Xaricdən gələnlər müxalifətin gülünc vəziyyətini görəcək”

13 İyun 2016 14:17

“Ümumiyyətlə müxalifətin iyun ayının 17-də Bakıda keçiriləcək “Formula-1” yarışı ərəfəsində planlaşdığı aksiya heçnəyi dəyişməyəcək. Əksinə xaricdən gələnlər Azərbaycan cəmiyyətində primitiv düşüncədə olan, özlərini gülünc vəziyyətə qoyan insanların olduqlarını görəcəklər. Yoxsa onlarda belə bir təsəvvür yaranır ki, cəmiyyət hamısı inkişaf, müasirlik, avro inteqrasiya içindədir”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra katibliyi siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Hikmət Hacıyev: “XİN dəhşətli silahlı hücumu qınayır"

13 İyun 2016 14:16

“Azərbaycan Xarici İşlər Nazirliyi 12 iyun 2016-cı il tarixində ABŞ-ın Orlando şəhərində çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli silahlı hücumu qınayır”. Bunu AZərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.