Hesabınızdan pullar necə oğurlanır?
13 İyun 2016 14:10 DünyaHakerlərin sərhəd tanımadığı virtual aləmdə kiminsə bank hesabına daxil olub oradan vəsaiti başqa bir hesaba köçürmək artıq adi bir hal alıb. Ən maraqlısı isə budur ki, hakerlər bu köçürmələr zamanı hesabdan çox kiçik bir məbləğ çıxardıqlarından bundan bank müştəriləri, demək olar ki, xəbər tutmur. Belə təhlükələrdən sığortalanmaq üçün ekspertlərin bankda hesabı olan hər kəsə çox önəmli tövsiyələri var.
Bank kartlarına bu kimi müdaxilə edən hakerlər adətən hər kəsin bank hesabından çox kiçik bir məbləğ, məsələn, 50 qəpiklik vəsaiti oğurlayırlar. Bu əməliyyatdan hesab sahibləri, demək olar ki, məlumatsız olurlar. Çünki insanların çoxu bu qədər kiçik bir məbləğə diqqət etmirlər.
Bəs bu təhlükədən sığortalanmaq üçün bank hesabı olan vətəndaşlar hansı addımı atmalıdırlar?
Milli.Az bildirir ki, Milli Kart MMC-nin departament müdirinin müavini Rüstəm Rüstəmli deyir ki, bank hesabını nəzarətdə saxlamağın yollarından biri internet bankinq xidmətidir.
Bank hesablarını mühafizə etməyin başqa bir yolu isə isə sms bankinq xidmətindən istifadə etməkdir.
Xatırladaq ki, internet və sms bankinq xidmətləri hazırda banklar pullu olaraq həyata keçirirlər. Buna görə də müştərilən bir qismi bu xidmətdən istifadə etməkdə maraqlı olmur. Buna görə Milli Kart MMC insanların balanslarını daim nəzarətdə saxlamaq üçün pulsuz olaraq təqdim edilən cib adlı tətbiq yaradıb. İstənilən bankın müştərisi smartfonla bu tətbiqi yükləməklə bank hesablarının hamısını 24 saat nəzarət altında saxlaya bilər.
Bu tətbiq vasitəsilə insanlar hesablarında baş verən bütün dəyişikliklərdən anında xəbər tutur və bu zaman xoşagəlməz halların qarşısını da dərhal almaq mümkün olur.