Gündəm

Prezidentin köməkçisi Səudiyyə Ərəbistanının SPA agentliyində olub

2 Fevral 2017 11:49

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Xəbər Agentliyinin (SPA) baş ofisində agentliyin prezidenti Abdullah bin Fəhd əl-Hüseynlə görüşüb.

Bakıda yaşayış binası yanır

2 Fevral 2017 11:42

Bakıda yaşayış binasında yanğın baş verib. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakının Xətai rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Trampın bəyənatları dolları ucuzlaşdırır

2 Fevral 2017 11:41

ABŞ prezidenti Trampın dollar ilə bağlı açıqlamaları qlobal birjalarda dünya pulunu ucuzlaşdırıb. “Olaylar” xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-eskpert Vüqar Bayramov bildirib.

Gənclərin karyera imkanları artırılır

2 Fevral 2017 11:40

“İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Cənub bölgəsində gənc qızların karyera imkanlarının və liderlik bacarıqlarının artırılması" adlı layihəsi uğurla başa çatdırılıb.

Dini radikalizmlə mübarizədə ənənəvi İslam dəyərlərinin öyrənilməsi və təbliğindən danışılıb

2 Fevral 2017 11:38

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şəki rayonu Cunud kənd məscidi dini icmasının həyata keçirdiyi “Dini radikalizmlə mübarizədə ənənəvi İslam dəyərlərinin öyrənilməsi və təbliği” layihəsi çərçivəsində Şəki rayonu Biləcik kənd orta məktəbində tədbir keçirilib.

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

2 Fevral 2017 11:35

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.

Millət vəkili “Gənclərin dostu” mükafatına layiq görülüb

2 Fevral 2017 11:36

Azərbaycan Gənclər Mərkəzi ənənəvi olaraq bu il də “Gənclərin dostu” Milli Mükafatını təqdim edib. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan Gənclər Mərkəzi bu il “Gənclərin dostu” Milli Mükafatına Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyevi layiq görüb. Rüfət Quliyev “Gənclərin işlə təmin olunmasında, onların layihələrinin həyata keçirilməsindəki xidmətlərə görə” nominasiyası üzrə təltif olunub. Mükafatı Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elvin Hüseynov təqdim edib.

Azərbaycan və Türkiyə arasında gediş-gəlişin sadələşdirilməsi məsələləri müzakirə edilib  

2 Fevral 2017 11:34

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə xarici işlər nazirinin müavini Ahmed Yıldız ilə görüşüb.

Erməni tərəfi yalan məlumat yayır

2 Fevral 2017 11:31

Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə açıqlamanı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib. Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

Milli Məclis Milli Şuranın qərarını ləğv etsə...

2 Fevral 2017 11:30

“Azərbaycan tarixən ermənilərə verilmiş torpaqlar üzərində varislik hüququnu bərpa etməlidir”. Bu təkliflə Milli Məclisin deputatı, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov çıxış edib. Deputat bildirib ki, İrəvan da daxil olmaqla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərə verilmiş 9 min kv.km torpağın Azərbaycan xalqına qaytarılması barədə məsələ qaldırılmalıdır. Tarixçi deputat Fəzail İbrahimli həmkarının təklifinə münasibət bildirib. Deputat deyib ki, Y.Mahmudovun təklifini düzgün başa düşmək lazımdır: 

ABŞ polisindən etirazçılara xəbərdarlıq: Güc tətbiq oluna bilər!

2 Fevral 2017 11:27

ABŞ polisi Berkli şəhərində Kaliforniya Universitetinin qarşısında etiraz aksiyasını dağıtmaq üçün güc tətbiq etməyə hazır olması barədə xəbərdarlıq edib.

Ermənilər nə mümkündürsə, qarət ediblər

2 Fevral 2017 11:25

“Keçirilən konfransda Ölkə başçısının səsləndirdiyi fikirlər mənə çox tanış mənzərədir. 2001-ci ildə ATƏT xətti ilə biz səfir Anjey Kasprşikin rəhbərliyi altında Ermənsitana və işğal altında olan Azərbaycan ərazilərinə-Şuşaya, Xankəndinə səfərə gedəndə, o vaxt biz jurnalistlər çox təkid elədik ki, bizi Ağdama və Füzuliyə də aparsınlar. Amma ermənilər buna icazə vermədilər. Hətta, biz Şuşamıza gedəndə Laçından keçəndə bizə adi foto və video görüntü çəkməyə belə imkan vermirdilər. Amma, mən ordan çox qiymətli görüntülər əldə edə bildim”. Bunu  müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Dayısına görə həbs olundu

2 Fevral 2017 10:41