Millət vəkili “Gənclərin dostu” mükafatına layiq görülüb
Azərbaycan Gənclər Mərkəzi ənənəvi olaraq bu il də “Gənclərin dostu” Milli Mükafatını təqdim edib. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan Gənclər Mərkəzi bu il “Gənclərin dostu” Milli Mükafatına Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyevi layiq görüb. Rüfət Quliyev “Gənclərin işlə təmin olunmasında, onların layihələrinin həyata keçirilməsindəki xidmətlərə görə” nominasiyası üzrə təltif olunub. Mükafatı Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elvin Hüseynov təqdim edib.
2 Fevral 2017 11:36 SosialAzərbaycan Gənclər Mərkəzi ənənəvi olaraq bu il də "Gənclərin dostu" Milli Mükafatını təqdim edib. "OLAYLAR"-ın xəbərinə görə, Azərbaycan Gənclər Mərkəzi bu il "Gənclərin dostu" Milli Mükafatına Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyevi layiq görüb. Rüfət Quliyev "Gənclərin işlə təmin olunmasında, onların layihələrinin həyata keçirilməsindəki xidmətlərə görə" nominasiyası üzrə təltif olunub. Mükafatı Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elvin Hüseynov təqdim edib. Millət vəkili bu mükafata layiq görülməsindən qürur hiss duyduğunu bildirib və Gənclər Mərkəzinə təşəkkür edib. Deputat ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, o ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci ildə keçmiş SSSR məkanının ən nüfüzlu universitetlərindən olan Taras Şevçenko adına Kiyev Dövlət Universitetinə (hazırda Taras Şevçenko adına Kiyev Milli Universiteti ) göndərilib. Millət vəkili həmçinin onu da vurğuladı ki, hazırki şəraitdə Azərbaycanda bir sıra rəhbər vəzifələrdə çalışan şəxslər adıçəkilən universitetin məzunlarıdır: "Hazırda ulu öndərin siyasət kursunu uğurla həyata keçirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev gənclərə xüsusi qayğı göstərir. Onların xaricdə təhsil almasına, istisaslı mütəxəssislər kimi yetişməsinə xüsusi önəm verir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nı misal göstərmək olar". Millət vəkilinin fikrincə, bu gün Azərbaycanda ləyaqətli gənclər nəsli yetişir. Onlar ata-babalarının estafetini uğurla davam etdirilər. Dahi Nizami deyib ki "qüvvət elmdədir, elmsiz heç kəs, heç kəsə qalib gələ bilməz".
Qeyd edək ki, mükafat təşkilat komitəsinin qərarı ilə keçirilən sorğu nəticəsində hər il müxtəlif sahələrdə çalışan şəxslərə və gənclərə xüsusi qayğı göstərən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına önəm verən, xeyriyyəçilik edən, ictimai-siyasi həyatda fəal iştirak edənlərə təqdim olunur.