Gənclərin karyera imkanları artırılır

“İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Cənub bölgəsində gənc qızların karyera imkanlarının və liderlik bacarıqlarının artırılması" adlı layihəsi uğurla başa çatdırılıb.

"İntellekt" Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Cənub bölgəsində gənc qızların karyera imkanlarının və liderlik bacarıqlarının artırılması" adlı layihəsi uğurla başa çatdırılıb. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, layihənin əsas məqsədi Cənub bölgəsinin ucqar dağ rayonlarında təhsil problemləri ilə üzləşən gənc qızların karyera imkanlarının, liderlik və idarəçilik bacarıqlarının artırılması yoluyla onların inkişaf edən cəmiyyətə fəal inteqrasiya edə bilməsi və icmaların həyatında rolunun artırılmasına dəstək olmaqdan ibarət olub. 6 gün ərzində Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad və Yardımlı rayonlarının hər birində 25 nəfər 15-17 yaş arası qızlar arasında 1 günlük təlimlər keçirilib, onlara müxtəlif formalarda çap materialları paylanıb və sujet xətti müvəffəqiyyət hekayələri əsasında hazırlanmış video roliklər nümayiş etdirilib. 150-dək şagirdin iştirak etdiyi təlimlər məzmunu və formatı ilə şagirdlərin marağına səbəb olub, onlarda təhsilin davam etdirilməsi və gələcək karyera ilə bağlı müsbət fikirlərin yaranmasına stimul verə bilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31