Gündəm

Müdafiə naziri Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb

17 May 2018 13:57

Mayın 17-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Füzuli Salahov, Türkiyə Respublikası Quru Qoşunları Məktəbinin rəisi briqada generalı İsmayıl Güzeller və Gürcüstan Milli Müdafiə Akademiyasının rektoru polkovnik Zaza Caparidze ilə görüşüb.

Ermənistan Baş Prokurorluğuna girişi bağlayan etirazçılar baş prokurorun istefasını tələb edirlər

17 May 2018 13:43

Ermənistanın baş prokuroru Artur Davtyanın istefasını tələb edən Yerevan sakinləri bu gün şəhərin mərkəzində yerləşən Baş Prokurorluğun binasına girişi bağlayıblar. 10-15 nəfərlik bir qrup qurum işçilərinin binaya daxil olmasına icazə vermir.

İranda etiraz aksiyası keçirilib, 1 nəfər ölüb, 6 nəfər yaralanıb

17 May 2018 13:42

İranın Fars əyalətində keçirilən etiraz aksiyasında bir nəfər ölüb, 6 nəfər yaralanıb.

AXC-nin 100 illiyinə həsr olundu- “Azərbaycanım mənim”

17 May 2018 13:35

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi haqqında 2017-ci ildə imzaladığı Sərəncama əsasən “Azərbaycanım mənim” adlı tədbir keçirilib.

İsrail Ərdoğanın acığına “erməni soyqırımı”nı tanımağa hazırlaşır

17 May 2018 13:34

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə Qəzza sektoru arasında son günlər baş verən hadisələrə görə İsrail əleyhinə sərt ritorikasına cavab olaraq Knessetin deputatları “erməni soyqırımı”nı tanımaq barədə qətnamə layihəsini müzakirəyə çıxarıblar.

Cəlil Məmmədquluzadənin ev muzeyi YENİLƏNİR

17 May 2018 13:30

Görkəmli yazıçı, dramaturq, publisist, ictimai xadim, Şərqdə ilk satirik jurnal-“Molla Nəsrəddin”-in yaradıcısı Cəlil Məmmədquluzadənin ev muzeyində yeni ekspozisiyasının yaradılması ilə əlaqədar təmir-bərpa və bədii-tərtibat işləri başlayıb.

Unikal milli rəqs studiyasında 20 il

17 May 2018 13:27

20 il əvvəl Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında milli rəqs studiyası fəaliyyətə başlayıb.

Oqtay Əsədov gürcüstanlı həmkarı ilə görüşüb

17 May 2018 13:10

Milli Məclisinin sədri Oqtay Əsədov Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze arasında görüş olub. “Olaylar” xəbər verir ki, görüş İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin yubileyi münasibətilə keçirilən tədbir çərçivəsində baş tutub. Azərbaycan-Gürcüstan münasibətlərinin tarixi köklərə bağlı olduğunu vurğulayan spiker İrakli Kobaxidze iki qonşu ölkə arasındakı əlaqələrin dinamik inkişafından, o cümlədən həyata keçirilən birgə layihələrin tarixi əhəmiyyətindən bəhs edib.

Spiker: “Qarabağ probleminin həll olunmaması dünyada sülh və sabitlik üçün ciddi təhlükə törədir”

17 May 2018 13:07

“Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Məclisi çərçivəsində tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə böyük əhəmiyyət verir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin yubileyi münasibətilə keçirilən tədbirdə deyib. Oqtay Əsədov qeyd edib ki,