Gündəm

İslandiyada "Eurovision 2019" mahnı müsabiqəsinə qarşı kampaniya başlayıb

17 May 2018 17:26

İslandiyada "Eurovision 2019" mahnı müsabiqəsinə qarşı kampaniya başlayıb.

Yaponiyada əməliyyat - 44 milyon dollarlıq qızıl ələ keçdi

17 May 2018 17:08

Yaponiyada genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat nəticəsində ölkəyə 44 milyon dollarlıq qızıl gətirən qaçaqmalçı şəbəkə ələ keçib.

“ABŞ-ın bu ölkələrlə sıx əlaqələri Azərbaycanın da xeyrinədir”

17 May 2018 17:00

“ABŞ prezidenti Donald Tramp müxtəlif mövzularda sərt və bəzən yanlış hesab etdiyimiz açıqlamalar və qərarlar verərkən Mərkəzi Asiya istiqamətində incə siyasət həyata keçirir. Tramp bu ilin yanvar ayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevi, may ayında isə Özbəkistan prezidenti Şövkət Mirziyeyevi Ağ Evə dəvət etdi. Trampla Nazarbayevin görüşünün yekunu olaraq ABŞ Əfqanıstana silah və sursatın daşınmasında Qazaxıstan ərazisindən də istifadə etməyə başlayıb. Digər tərəfdən ABŞ Qazaxıstanın Xəzər dənizindəki iki limanından da istifadə edir”.

Rusiya əhalisinin sayı 132,7 milyon nəfərə qədər azalacaq – Proqnoz

17 May 2018 16:59

Rusiya əhalisinin sayı 2050-ci ilədək 132,7 milyon nəfərə qədər azalacaq. Bu proqnoz BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti tərəfindən səsləndirilib. Məlumata görə, milli statistika agentliklərinin məlumatına əsaslanan təşkilatın hesablamalarına görə, hazırda Rusiyada təxminən 144 milyon insan yaşayır, bununla yanaşı, şəhər əhalisinin payı 74,4 faiz (107,2 milyon) təşkil edir. Sənəddə deyilir ki, 2050-ci ilədək ölkə əhalisinin ümumi sayı 132,7 milyon nəfərə qədər azalacaq, şəhərdə yaşayan insanların nisbəti isə 83,3 faizə yüksələcək.

“Üzümə elə sözlər dedilər ki, şoka düşdüm” – Naibə Allahverdiyeva

17 May 2018 16:56

“Aktyorlar, aktrisalar çox kövrək olurlar, hər şey xətirlərinə dəyir. Mən də bir çoxlarından incimişəm. Qəlbim küsüb, ad çəkmək istəmirəm. Sənətçilərin nazı ilə oynamaq lazımdır. Mən öləndən sonra da deyəcəklər ki, heyf, zamanında Naibədən istifadə edə bilmədik”. Bu sözləri musavat.com-a açıqlamasında əməkdar artist Naibə Allahverdiyeva deyib.

Paytaxtın daha bir küçəsi təmir edilir

17 May 2018 16:47

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, uzun müddət təmir edilməyən küçələrin təmir edilməsi ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm addımlar atılır.

"Çudo Peçka” sahibinin cinayət işinə görə Əmanətlərin Siğortalanması Fonduna yenidən sorğu göndəriləcək

17 May 2018 16:43

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Ömrümün Qarabağ səhifəsi

17 May 2018 16:40

Əməkdar jurnalist, Qarabağ Müharibəsi veteranı Əntiqə Qonaq yazır.

Azərbaycanlı Ukraynada iki kisə qoz oğurladı

17 May 2018 16:34

Ukraynada iki kisə qoz oğurlayan azərbaycanlı saxlanılıb. Bununla bağlı 50 yaşlı Çerkassk sakini Odessa polis şöbəsinə müraciət edib.

Alimlərdən yeni kəşf — Ən uzaq qalaktikada oksigen tapıldı

17 May 2018 16:28

“MACS1149-JD1” qalaktikasında oksigen izlərinə rast gəlinib. Sözügedən qalaktika Yerdən 13.28 milyard işıq ili uzaqdadır. Kəşfi yapon alim Takuya Xasimotonun rəhbərlik etdiyi beynəlxalq astronomlar qrupu edib. Alimlər “ALMA”radioteleskopu və “Very Large Telescope” optik teleskopu ilə müşahidələr aparıblar.

“Azərbaycana qarşı söyüş kampaniyası aparanlara cavab verin!” — Deputatdan ÇAĞIRIŞ

17 May 2018 16:26

Milli Məclisin deputatı Musa Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini Siyavuş Novruzovun Azərbaycana qarşı söyüş kampaniyası aparan şəxslərə cavab verilməsi ilə bağlı çağırışına dəstək verib.