"Cığır" romanı ədəbiyyat tariximizə ən böyük töhfədir - ÖZƏL

"Yunus Oğuzun "Cığır" romanı son dövrlərdə oxuduğum ən sanballı iri həcmli əsərlərdəndir". 
Bu sözləri Olaylar.az-a açıqlamasında  şair Faiq Balabəyli Yunus Oğuzun  "Cığır" tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün  Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsinə  münasibət bildirərkən  deyib: 
"Bu əsərin böyüklüyü heç də kitab olaraq səhifələrinin çox olmasında deyil, əsərin mövzusu, əhatə etdiyi dövr və yazılışı "Cığır"-ın əslində böyük bir yol olmasından, qələbəmizə doğru uzanmasından xəbər verir. Oxucunu qələbəmizdən qabaq da elə həmin parlaq qələbənin uzaqda olmamasına kökləyir.
Yunus bəy yaradıcılığında tarixi mövzulara çox üstünlük verir. Tariximizi və tarixi şəxsiyyətlərimizi ədəbi bədii dillə tarixin səhifələrindən çagdaş dövrümüzə gətirir, bizi bizə tanıdır.
Haqqında bəhs etdiyimiz "Cığır" romanı isə Qarabağda qazanılan qələbəmizə,  gələcək nəsil, ədəbiyyat tariximizə ən böyük töhfəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31