"Cığır” romanının təkcə adı ədəbiyyatda Qarabağ mövzusunda onun yerini müəyyənləşdirmək üçün kifayət edir- Könül Aydın- ÖZƏL

Yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının aktuallığı, gənclər arasında vətənpərvərliyin və 44 günlük Vətən müharibəsinin təbliğı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının inkişafındakı əhəmiyyəti nəzərə alınaraq Dövlət mükafatına təqdim edilməsi üçün  Azərbaycan Respublikasının Elm, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına namizədliyi irəli sürülüb.
Azərbaycan Respublikasının Təhsil İnstitutunda şöbə müdiri, "Kurikulum" jurnalında bölmə redaktoru, filologiya üzrə fəlsəfə doktoru Könül  Aydın Nəhmətova "Olaylar"a deyib ki, "Cığır" tarixi romanını Şuşaya ilk səfərindən  sonra oxuyub: "Mübaliğəsiz deyə bilərəm ki, Yunus Oğuzun "Cığır" romanının təkcə adı  ədəbiyyatda  Qarabağ mövzusunda onun yerini müəyyənləşdirmək üçün kifayət edir. Mən romanı Şuşaya ilk səfərimdən sonra oxudum. Bunun  özünü də bir qanunauyğunluq kimi qiymətləndirirəm. Həyatda təsadüfi heç nə yoxdur. Romanı o səfərdən sonra oxumağın mahiyyəti nədir, düşünərsiniz: çığırın və "Cığır"ın tarixi əhəmiyyətini anlamaq. Cığırla üzü Şuşaya doğru qalxıb-endikcə heyrətdən ayılmadım. Allahım, bu yolu insan qüvvəsi fəth edibmi? Sona qədər,bax, bu təəccüb içində oldum. Eynilə "Cığır"ı oxuduqca: Bu yolu biz qət etmişikmi? - deyə bir nida yüksəlirdi daxilimdə. Əsəri oxumağımın da əsas motivi elə romanın adı idi. Hələ də o cığırlardan dönə bilməmişəm.   Yunus müəllimi ədəbiyyatımıza verdiyi  bu töhfəyə görə təbrik edirəm".

Qeyd edək ki, "Cığır" tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün namizədliyinin irəli sürülməsi Azərbaycan Atatürk Mərkəzi tərəfindən məqsədəuyğun hesab edilib və  romanın Dövlət mükafatına namizədliyi qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31