"Cığır" romanının Dövlət mükafatına layiq görülməsi üçün namizədliyinin irəli sürülməsini dəstəkləyirəm”-Mübariz Göyüşlü- ÖZƏL

"Yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının vətənpərvərliyin təbliğində, 44 günlük Vətən müharibəsi həqiqətlərinin məhz bədii formada tanıdılmasında çox böyük əhəmiyyəti var". Bunu "Olaylar"a deyən Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki,  II Qarabağ müharibəsi millətimizin taleyində dönüş nöqtəsi olan bir hadisədir: "Oğullarımız öz Şəhidlikləri, Qəhrəmanlıqları ilə möhtəşəm tarix yazdılar. Artıq o qəhrəmanlığı bədiiləşdirərək tanıtdırmağa, sevdirməyə çox ehtiyac var. Bu baxımdan istedadlı qələm sahibi, yazıçı Yunus Oğuzun "Cığır" tarixi romanı çox önəmli bir materialdır. 
Şuşa xalqımız üçün müqəddəslik simvoludur. Şuşanın tarixinə ekskurs edilən romanda, müasir dövrə qədər peşəkarcasına yol alan Yunus Oğuzun əsərini oxuduqca gözümüzün qarşısında xalqımızın vətənpərvərliyi, qəhrəmanlığı bir lent kimi gəlib keçir. "Cığır" tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün Yunus bəyin Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsini dəstəkləyirəm. Romanın mövzusu aktualdır, dili səlisdir, təqdimatı uğurludur. Məhz bu cür əsərlərlə xalqımızın qəhrəmanlıq tarixinə cığır açılacağına, millətimizin mərd oğul və qızlarının unudulmaz fəaliyyətinin yaşadılacağına inanıram".
Qeyd edək ki, yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının aktuallığı, gənclər arasında vətənpərvərliyin və 44 günlük Vətən müharibəsinin təbliğı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının inkişafındakı əhəmiyyəti nəzərə alınaraq Dövlət mükafatına təqdim edilməsi üçün Azərbaycan Respublikasının Elm, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına namizədliyi irəli sürülüb. "Cığır" tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün namizədliyinin irəli sürülməsi Azərbaycan Atatürk Mərkəzi tərəfindən məqsədəuyğun hesab edilib. "Cığır" romanının Dövlət mükafatına namizədliyi qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31