ALTINCI TÜRKİYƏ SƏFƏRNAMƏSİ
13 Aprel 2023 10:57 ƏdəbiyyatQarabağ dərdinə, əlbəttə, hayan Türkiyədir.
30 sentyabr 2018-ci il.
Türkiyə! Bu böyük türk diyarına bir neçə il idi ki, qədəmim dəymirdi. Dəvət olunmurdum deyə getmirdim. Getmirdim deyə dəvət olunmurdum. Vətəndə işlərim o qədər çoxdur ki, xarici ölkələrə adətən elmi konfranslarda iştirak məqsədi ilə səfərlərim olur. Arada bir neçə yol İran Cümhuriyyətinə , Kipr respublikasına və Polşaya yolum düşdü.
Indi isə Türkiyəyə-18-ci Türk Tarix Konqresinin təşkil etdiyi Beynəlxalq Konfransa! Bir neçə ay əvvəl Ankaraya göndərdiyim "XVI əsrin son dövründə Səfəvi-Osmanlı münasibətlərində Krım xanlığının rolu" adlı məqalənin tezisi konfransın idarə heyəti tərəfindən qəbul olunmuş və mənə belə bir dəvətnamə gəlmişdi:
"Değerli Bilim İnsanı Prof.Dr.Şahin Fazil!
Türk Tarih Kurumu tarafından 1-5 Ekim 2018 tarihlərində Ankarada düzenlenecek olan "XVIII. Türk Tarih Kongresi" için göndərmiş olduğunuz özetiniz kabul edilmişdir. 1 Haziran gününe kadar tam metninizi bu adres üzerinden iletmeniz gerekmektedir.
Tam metniniz anahtar kelimelerle Türkçe/ İngilizce özet içermeli; Kurumumuz süreli yayınlarından Belleten dergisi yazım kurallarına göre yazılmalı, kaynakça içermeli ve ekler hariç 20 sayfası aşmamalıdır. 20 sayfayı aşan, kaynakçası bulunmayan, yazım kurallarına uymayan, İngilizce-Türkçe özet içermeyen metinler değerlendirmeye alınmayacaktır.
Tam metinler Yürütme Kurulu tarafından değerlendirmeye tabi tutulacak; 1 Haziran tarihine kadar tam metni gönderilmeyen başvurular reddedilecektir.
Tam metinlerin incelenmesi sonrasında e-posta yoluyla nihayi sonuç başvuru sahiplerine iletilecektir.
Not: Mailin ekinde Belleten Yazım Kuralları yer almaktadır.
Saygılarımızla,
Türk Tarih Kurumu
XVIII. Türk Tarih Kongresi Yürütme Kurulu"
Sentyabrın 30-da sübh tezdən Bakıdan İstanbula, bir neçə saatdan sonrasa başqa təyyarəyə oturub Ankaraya uçduq. Bir neçə saatlıq uçuş zamanı bir qəzəl yazdım. Düşündüm və yazdım. Türk ölkə və xalqlarını düşündüm və dəftərimdə 32 sətirlik bir şechr("39")r öz yerini tutdu. Qəzəlimin məzmunu, əlbəttə, qədimdən bu günədək mövcud olmuş və bu gün də tarix səhnəsində qalan türklərimiz haqqındadır (istər müstəqil, istər yarım asılı, istərsə də tam asılı olan türk xalqları): Turan, uyğur, uti, kadusi, hun, bulqar, xəzər, osmanlı, səlcuq, məmlük, monqol, İran, əfqan, tatar, Sibir türkləri, habelə qırğız, qazax,altay, yaqut, qıpçaq və başqa türklər. Dünyanın bir çox yerlərinə səpələnmiş və məskunlaşmış türk xalqları...
Beləliklə, altıncı Türkiyə səfərnaməmin birinci şechr("39")ri:
Göydə yazılan qəzəl
Türk çoxdur, tanıyır hər tərəf, hər yan türkü,
Nə gözəldir ki, yaratmış qoca dövran türkü.
Qana-qan dövrü, hücüm dövrü çox olmuş cahanın,
Çıxdı meydanə cəsarət ilə meydan türkü.
Uyğurun mülkünəcən çatdı gedib türk adamı,
Ulu tarix onu ad eylədi: Turan türkü.
Hanı uti və kadusi, hanı hun türklərimiz?
Hanı bulqar və xəzərlərdəki xaqan türkü?
Bitdi səlcuqilərin əsri və məmlük dövrü,
Taxta qaldırdı və endirdi o dövran türkü.
Hanı türkləşməyə məchr("39")ruz qalan monqollar?
Harada Toxtamışın türkü, Urus xan türkü?
Osmanın bayrağı altındakı türklər çoxalıb
Adını nəqş elədi tarixə: Osman türkü!
Türkmən türkü də var, var cığatay, var kərkük,
Çox görüb, həm yenə görməkdədir İran-türkü.
Əfqanstanda da vardır iki türk kəndi bu gün,
Söyləyirlər orada onlara "əfqan türkü".
Tatarıstanda, Sibirdə yaşayan türklər var,
Qırğızıstan, hələ vardır Qazaxıstan türkü.
Varmı ruslaşmamış altaylar ilə yaqutlar?
Hanı qıpçaq kimi çoxsaylı biyaban türkü?
Birbəbir saysam əgər adlarını dastan olar,
Vəsf edibdir "Dədə Qorqud" kimi dastan-türkü.
Zülüm altında qalıbdır nə qədər insanımız,
Necə də bəd günə qoymuş acı hicran-türkü.
Qarabağ dərdimə, əlbəttə, hayan Türkiyədir,
Türkiyə qoymaz ola al qana qəltan-türkü.
Çoxunun ləşkəri gəldi buraya türk kimi,
Onların hər biri məslək ilə iman türkü.
Şahina, bir-birinə yar iki türk dövləti var,
Türkiyə türkü ilə Azəribaycan türkü!!!
Ankara şəhərinə çatmaq üzrəyik. Təyyarənin yumru pəncərəsindən şəhərətrafı torpaqlara diqqət yetirirəm. Yaşıllıq çoxalıb. Əvvəl belə deyildi. Heyrətimi bildirdim. Həmsəfərim, İnstitutumuzun Elmi katibi İradə xanım dedi:-Doğrudur, əvvəl belə deyildi. Sonradan "Orman nazirliyi" adlanan bir nazirlik yaratdılar.
Könlümdən belə bir istək keçdi: Kaş bizdə də "Orman nazirliyi" yaranaydı. Bəlkə də yaranacaq və Azərbaycan yaşıllıqlara qərq olacaq.
Ankara. Olduqca qədim şəhər olduğunu bilirdim. Bilirdim ki, bu şəhərin adının tələffüzü müxtəlif cür səslənmişdir. İranın məşhur lüğətçi alimi Dr.Məhəmməd Moinin "Fərhənge-farsi" (Farsca lüğət) fars dili lüğətində oxumuşdum: "Ankara, het dilində onun "Ənquriyyə" adı da olmuşdur. (Dr.Məhəmməd Moin. Fərhənge-farsi,1378 hicri-şəmşi, V cild, səh.68).
İnstitutumuzun "Azərbaycanın qədim dövr tarixi" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, yaxın vaxtlarda öz doktorluq dissertasiyasını müdafiə edəcək Allahverdi Əlimirzəyevin fikri Dr.Məhəmməd Moinin məlumatından daha dolğundur. O, mənim xahişimlə yazdığı kiçik bir məqaləsində bildirir:
Ankara şəhərinin adına dair məlumat
"Şəhərin adına ilk dəfə Tanrıların həyatını təsvir edən het mifoloji mətnlərində "Ankuva" (və ya "Ankuvva", "Ankuvaş") formasında rast gəlinir. Bu mətnlərə əsasən söyləmək olar ki, şəhər hələ e.ə. XV əsrdə het Tanrılarından birinin ibadət mərkəzi olmuşdur. Şəhərin "het" adının mənası məlum deyildir.
E.ə. VII əsrin sonlarından etibarən Kiçik Asiyanın yunanmənşəli əhalisi Anadolu şəhərlərindən birini "Anqora" adlandırırdı (yunanca aykvpa "lövbər" sözündən; müqayisə et: rusca "якорь").
Het və yunan dilləri genetik qohum olduqlarından (hər iki dil hind-Avropa makrodil ailəsinə daxildir), ehtimal etmək olar ki, onlar bu adla eyni şəhəri nəzərdə tuturdular (e.ə. XVII-XIII əsrlər). Lakin müasir Ankaranın yaxınlığından gəmiçiliyə yararlı böyük çay axmır, çünki dayaz Ankaraçay bu məqsədlərlə istifadəyə yaramır.
E.ə.VIII yüzillikdə Anadolunun mərkəzində digər hind-Avropa mənşəli xalqın- friqlərin -paytaxtı Gordion olan Friq şahlığı yerləşirdi. Friqlərin lüğət fondunda avk ("ank") sözü "nahamvar" mənasında işlənir. "Ankara" şəhər adı bu sözdən yarana bilərdi. Müqayisə üçün deyək ki, şəhərin adının het formalarından birinin sözü ilə - "Ankuvaş" ("ank+uv+aş) - "nahamvar yer" kimi mənalandırmaq olar.
E.ə. I əsrdə Kiçik Asiyada siyasi nəzarətə sahiblənən romalılar indiki Ankaranı "Ankira" adlandırırdılar. Romanın birinci imperatoru Oktavian Avqust bu şəhərdə "İlahi Avqustun əməlləri" adlı siyasi məzmunlu kitabə yazdırmışdı.
Bəziləri "Ankara" şəhər adını iranmənşəli "anqur" ("üzüm") sözünə bağlayırlar. Bu halda Ankara şəhərinin Əhəmənilər zamanından belə adlandığını etiraf etməliyik. Bəlkə də bu fikir həqiqətə daha yaxındır. Kiçik Asiya e.ə.547-330-cu illərdə Əhəməni imperiyasının tərkibində olduğundan iranmənşəli "anqur" ("əngur") sözü (ola bilsin ki, bu söz əvvəllər konkret bir üzüm növünü bildirib) burada yaşayan yunanmənşəli əhalisinin dilinə keçə bilərdi; təsadüfi deyil ki, yunanlıların dilində bu termin "kal üzüm" (bəlkə də "gilələri göy rəngdə olan üzüm növü") anlamında işlənir".
Mən bu fikirlərdəykən uçuş müddəti bitdi.
Ankara təyyarə limanı. Qarşılanma. "Meyra palas" oteli. 5 ulduzlu otel. 505-ci otaq mənimdir. Tənhayam. Bir hayku (klassik yapon şechr("39")r janrı) çıxdı qələmimin ucundan:
Tənhalığa vuruldum.
Elə vuruldum ki,
Tənha qaldım.
Hələ 2004-cü ildə yazdığım bir haykumu da xatırladım:
Tək qalmışam,
Evimə qonaq gəlib təklik
Gəlin kimi.
(Azərbaycan haykuları. Bakı,2007, səh.28)
Bəli, təklikdən qaçanlar var. Mənsə təklik dəlisiyəm. Təklikdə çox yazılar yaranır. Kimsə mane olmur sənə...
1 oktyabr
Adətim üzrə sübh tezdən oynadım. Artıq bir neçə ildir ki, geniş həcmli "Sevgi və iztirab" adlı lirik-sentimental poemam üzərində işləməkdəyəm. Darıxdım. Darıxmamaq darıxmaqdan yaxşıdır. Darıxmamağın ən yaxşı üsulu isə, mənə görə,nəsə yazmaqdır. Növbəti şechr("39")r yarandı:
Sonet
Mən sənin səsində nəyi eşitdim?
Mən niyə vuruldum səs avazına?
Bircə həftəliyə qürbətə getdim,
Səsin çevrilmədi söz avazına.
Mavi asimanda qoşa dayanır
Mənim ulduzumla sənin ulduzun.
Qəlbim yenə hicran odunda yanır,
Sənsiz hər dəqiqəm bir ildən uzun.
Qəribəm, düşmüşəm gözündən uzaq,
Mən Türkiyədəyəm, sənsə vətəndə.
Söhbətindən uzaq, sözündən uzaq
Qərib bir darıxma yarandı məndə.
İndi nə söhbətin söz oxşamada,
Nə də gözəlliyin göz oxşamada.
Səhər yeməyindən sonra Konfransın açılışına yollanırıq. Avtobuslar bu toplantıya gəlmiş yüzlərlə iştirakçını "Millət camesi" nə aparır. "Prezident külliyyəsi". Giriş. Konfrans salonu. Səhnə. Ən qədim dövrləri də əks etdirən bayraqlar. İki dildə - türk və ingilis dillərində yazılmış lövhə: 18 Türk Tarih Kongresi. 1-5 Ekim 2018" və "18 th Turkish Congress of History". Sonra Konqres təşkilatçılarının adlarını oxudum: T.C.Kültür ve Turizm Bakanlığı, Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu, Türk Tarih Kurumu.
Bayraqlara göz yetirdim. Çoxsaylı emblemlər: hun, göytürk, qaraxani, səlcuq, qəznəvi, uyğur, monğol, osmanlı, teymuri və s. emblemli bayraqlar. Təəsüf ki, ha baxdımsa da qaraqoyunlu, ağqoyunlu və səfəvi bayraqlarını görmədim. Nə üçün? Təəccüblüdür!
İstiqlal marşı səsləndi. Hamı ayağa qalxdı, marş oxundu. Tofiq Nəcəfli də marşı dodaqaltı ifa edirdi. Çünki olduqca zirək adamdır. Hətta Türkiyə marşının sözlərini də əzbərləyib.
Mərasimi açan aparıcı Türk Tarix Qurumunun tarixi haqqında qısa məlumat verdi: "Elm dünyasında özəl və önəmli yeri olan Türk Tarix Konqresləri Atatürkün təlimatları ilə 1932-ci ildən başlanmış və fasilələrlə bu günümüzə qədər davam etməkdədir. Birinci toplantı 2-11 Temuz Ankara Xalq evində, II isə 20-35 Eylül 1937-ci ildə İstanbulun Dolmabaxça Sarayında keçirilmişdir. Bu günkü Kongres XVIII olmaqla 800 elm insanının iştirakı ilə davam edəcəkdir".
Sonra sözə başlayan Türk Tarix Qurumunun başçısı (başkan) Rəfiq Turan iştirakçıları salamladı, bu çalışmaların əhatə edəcəyi mövzuları açıqladı:
"Selcuklu tarihi və Medeniyeti Osmanlı Tarihi və Medeniyeti, Türk Dünyası Tarihi, Cumhuriyeti Tarihi, Kültür ve Medeniyetler Tarihi, Din ve Mezhepler Tarihi, Roma ve Bizans Tarihi ve Medeniyeti, Bilim ve Teknoloji Tarihi, Askeri Tarih, Ayaklanmalar, İsyanlar, Darbeler ve İhtilaller Tarihi, Türk-Ermeni İlişkileri, Tarihçilik, Tarihi Coğrafya, Tarih, Şehir ve Mimari, Göç ve İskan, Türk Dili ve Edebiyatı Tarihi, İktisat Tarihi, Hukuk ve Diploması, Arkeoloji, Sanat Tarihi, Vakıflar Tarihi, Hatıralar, Biyografiler, Otobiyografiler başlıkları altında icra edilecektir".
Əlbəttə, mövzular olduqca müxtəlif və geniş əhatəlidir. R.Turandan sonra Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun başçısı Dərya Örs, Mədəniyyət və Turizm başçısı Nuri Ərsoy və daha bir neçə məchr("39")ruzəçi çıxış etdilər, Topqapı Sarayının sabiq başçısı prof. İlbər Ortaylı da konqresin işinə uğur dilədi.
Fasilədən sonra "Grin park" otelinin Atatürk salonunda Binəli Yıldırımın təbrik məktubu oxundu. Bir neçə çıxışçıdan sonra xitabət kürsusündə görünən akademik Yaqub Mahmudov dəchr("39")vətə görə prof. R.Turana öz təşəkkürünü bildirdi, bu toplantıya Azərbaycandan 70 nəfərədək tədqiqatçının təşrif gətirdiyini söylədi, "dünyadakı bəzi siyasi hadisələri də diqqətə yetirdi, qaçqınlar problemindən də bəsh etdi, öz ölkələrindən qaçıb Türkiyədə məskunlaşan didərginlərlə Avropanın maraqlanmadığını bəyan etdi və bunun "müsəlmanları məhv etmək" ("faşizm") siyasəti olduğunu vurğuladı: "Biz tariximizə yenidən baxmalı, onu təzədən yazmalı, Yevrosentrizmdən uzaqlaşmalıyıq".
Bir qədər istirahət. II otrum. Cümhuriyyət salonu. Başkan Yaqub Mahmudovdur.Çıxışçılar: t.ü.f.d. İradə Əliyeva, Doç. Dr. Erkan Göksu, Doç. Dr.Hammet Arslan, Dr. Osman Oral və mən- Prof. Dr. Şahin Fazil.
III otrumda növbə ilə bir-birini əvəz edən tədqiqatçılar bunlar oldu: Doç.Dr. Erkan Göksu, Ərtoqrul Ceylan, Dr Abdullah Məhəmmədi, Prof. Dr. Şəmsəddin Kəmaləddin, Doç.dr. Nərgiz Axundova, Doç.Dr. Dilavər Əzimli və s.
Sonra III oturum. Mən həmin oturumda iştirak etmədim.
ardı var...
Şahin Fazil
tarix elmləri doktoru,
professor