"Yunus Oğuzun"Nadir şah"romanını fasilə vermədən oxudum." GÜLHÜSEYN KAZIMOV
6 Sentyabr 2021 16:09 ƏdəbiyyatÇox tarixi romanlar oxumuşam.Çingiz xan haqqında, Batı xan haqqında,Əmir Teymur, Napaleon barədə saysız romanlar, povestlər...
Azərbaycan yazıçısı Yunus Oğuzun"Nadir şah"romanını fasilə vermədən oxudum.Şuşaya bir avtobusda gedib-gəldik, gözəl yolçuluğu var, baməzə söhbətləri ilə bizi yol boyu güldürüb.Ən simvolik olanı isə romanın müəllif tərəfindın mənə məhz Şuşada verilməsi idi.İndi bu gözəl əsərdən Şuşa ətri gəlir.
Tarixi mənbələrə mükəmməl bələdlik,mürəkkəb döyüş səhnələrinin az qala realistik təsviri elə ustalıqla verilib ki, insan özünü o zamanlarda, o hadisələrin iştirakçısı hesab edir.
Nadir şahın bir sərkərdə,müdrik bir dövlət xadimi kimi epoxal xarakteri romanda tam dolğunluğu ilə açılıb.Nadir şahın təhkiyələri də xüsusi maraq kəsb edir və yaxşı ədəbi priyom sayıla bilər.Bu təhkiyələrdə Yunus Oğuz nə şah, nə hökmdar yox adi, bəzən sadə, mülayim, bəzən qəzəbli, yəni həyati bir obrazın adi insana xas olan xarakterik cizgilərini aça bilib.
Yunus Oğuzun "Nadir şah" romanı indiyə kimi böyük Azərbaycan sərkərdəsi haqqında oxuduğum ən yaxşı əsərlərdən biridir!
Gülhüseyn Kazımov