Yazıçı  Yunus  Oğuzun  qələmi: Çingiz  xanın qılıncı-   Rövşən  Novruzoğlu YAZIR

  Əsər  haqqında  söz

Araşdırmalara  görə  Azərbaycanda  ilk  "koronavirus" kimi  qəbul  etdiyimiz  vəba  epidemiyasını  məhz Çingiz  xan  siyasəti  gətirib. Ərəb tarixçisi  və  səyyahı  Əbu  Abdullah  Saleh  yazır  ki,  iti  ağızlı  ildırımdan  tökmə  qılıncı özü  bir  siyasət  idi,  ağlı,  düşüncəsi  başqa  bir  siyasət.Təhlillərə  görə  (məsələn rusiyalı  tarixçi-yazıçı İ.K.Kalaşnikovun 1978-ci  ildə  nəşr olunan "Dözülməz  əsr" kitabındakı kimi) Çingiz  xan  o  vaxt  Çingiz  xan  olurdu  ki,  onun  taktikası  ilə  döyüş  strategiyası  üst-üstə  düşür  bir-birini  tamamlayırdı.

Amerikalı  yazıçı Teylor  Kolduella  isə  "Monqol" tarixi  romanında (1979-cu  il , Vaşinqton) iddia  edir  ki  dünyanı  sarsıdan, " hikkə  və  kini  ilə yeri-göyü titrədən sərkərdə  Çingiz  xan  ona  görə  məğlub  olmurdu ki, qılıncında  zaman,  şəxsiyyət və  döyüş  strategiyası  birləşirdi.Bunların-bu  döyüş  atributlarından  biri  olmayanda  o  ya  büdrəyir, ya  geri  qayıdır...ya  da  mənəvi-psixoloji  cəhətdən  sakit  olmaq  üçün  öz  əsgərinə  qılınc  çəkirdi"...Böyük  qırğız  yazıçısı  Çingiz  Aytmatov  xatırladır  ki,  amerikalı  Teylor  Çingiz  xanda  məhz  bu  xüsusiyyətləri  kəşf  edib gözəl  bir  əsər  yazıb. Yazıçı  Çingiz  xanın  özü  isə  "Çingiz  xanın  bəyaz  səması"(1980-ci  il) romanını  yazır. Zəngin  döyüşçü  və  sərkərdə  xarakterinə  malik  olan çoxcəhətli  döyüş qabiliyyətli Çingiz  xan  yola  saldığımız  illərdə  tarix  olaraq  qalır.

Mən  nə  üçün  bütün  bunları  xatırlatdım? Müqayisə  etmədən  yaxşını  yamandan  ayırmaq  olmur. Yazıçı türk  dünyasında  ən  çətin  və  şərəfli  bir mövzunun-tarixi  roman  janrının  layiqli  nümunələrini  yaradan  xüsusi  istedad sahibi  Yunus  Oğuzun  "Çingiz xan" romanını (2020-ci il) Çingiz  Aytmatovun  "Çingiz xanın  bəyaz  səması" romanı  ilə müqayisə  etmək  olarmı?

Fikrimcə  olar!  Çingiz  Aytmatovun Çingiz xanında  yaddan çıxan cizgilər qəhrəmana  və  sərkərdəyə  məxsus  mənəvi-psixoloji  duyğular  Yunus  Oğuzun  Çingiz  xanında  tamamlanır. Tarixi  hadisələrə  vətəndaş  münasibəti mənsub  olduğun  xalqın,  millətin  iztirabı çəkilən  və  çəkilməsi  çətin  olan  əzabları...Yunus  Oğuzun  "Çingiz xan"ında  bu  günümüzlə  daha  dolğun  səslənir.Yunus Oğuz  qələmə  aldığı  qəhrəmanı, onu  fərqləndirən  cəhətləri  ətraflı   tanıtmaq  üçün  qəhrəmanın yaşadığı  dövrü diqqətlə  öyrənib, hadisələrə  ötəri  deyil,  əsl  qələm  sahibi   kimi  yanaşıb.Bu  onun  birinci  uğurudur.Alman  yazıçısı  Kurt David  "Qara  canavar" əsərində  (1966)  yazır  ki,  Çingiz  xanı  dünyaya  yenidən  tanıtmağa  cəhd  edən  yazıçılar  xoşbəxt yazıçılardır:" Mən  inana  bilmirəm  ki,  Çingiz  xandan  yazan  şəxs (mən ona  tarixi  şəxs kimi  yanaşıram) onun  kimi  mərd,  səxavətli,  ədalətli...düşmənə qarşı barışmaz olmasın... Açığını deyim ki, mən çox işlərdə ədalətsiz qərarlar verirdim. Bu romandan sonra hiss edirəm ki, mən daha əvvəlki Kurt Davud deyiləm..."

Bu çox maraqlı yanaşmadır. K.Davud həmçinin tatar tarixçilərini də ittiham edir və fransız yazıçısı, sosioloqu Monteskye Şarl Luini xatırladır. Monteskye yazırdı: "...dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə tatarlarla (oxu azərbaycanlılarla - R.N.) yarışa bilməz. Bu xalq-kainatın əsl hökmranıdır. Bütün başqa xalqlar sanki onlara qulluq etmək üçün yaranıb. Bu xalq eyni zamanda həm imperiyalar yaradır, həm də onları dağıdır. Tarixin bütün dövrlərində dünyanı öz qüdrətləri ilə sarsıtmış, həmişə xalqların qənimi olmuşlar." ...Bu müzəffər xalqın yalnız tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar. Nə qədər ölməz əməllər əbədilik dəfn olunub..." (Bax: Əlisa Nicatın "Müdriklik Məbədi" əsəri.  səh773. Tərcümə)

Yazıçı Y.Oğuz xatırladır ki, XIII əsrin əvvəllərində Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olmuş Monqol dövlətinin qonşu ölkələrə yürüşü bu ölkələri təhlükə qarşısında qoydu. Çingiz xanın (1206-1227) başçılığı ilə təşkil edilmiş monqol feodal dövləti qonşu vilayətləri zəbt etməyə başladı. Yazıçı Yunus Oğuz yazır ki, bu ərəfədə Azərbaycanın vəziyyəti çox acınaçaqlı və çətin idi. İranın, Orta Asiyanın, Azərbaycanın yerli köçəri və oturaq feodal əyanları daxili çəkişmələrə və ziddiyyətlərə son qoymadılar, düşmənə qarşı birgə mübarizə aparmaq əzmi ilə vahid cəbhədə birləşə bilmədilər. Yunus Oğuz əsərində göstərir ki, "...Vahid cəbhədə birləşmək üçün gərək doğulduğun xalqın sərkərdəsi olasan..."

Məlumata görə Azərbaycan xalqının tarixində114 sərkərdə ömrü öyrənilməmiş qalıb. 1945-ci ildə Böyük Britaniyanın baş naziri olmuş U.Çerçell yazırdı ki, bu xalqın (yəni Azərbaycan xalqının) sərkərdələri onu həmişə MAT qoyub. "...Mən bu xalqa ŞAH - dedim... O isə məni MAT qoydu" (U.Çerçell).

Çingiz xanla vərəqlədiyim, oxuduğum kitablarda maraqlı, biri-birindən fərqlənən nüanslar var. Məsələn ingilis yazarı Con Men Çingiz xanı qələmə alarkən onun müdrik, güclü və ağıllı hökmdar olduğunu göstərir. Fransız Mişel Yoanq onun qəddar olduğunu, ingilis V.Yan isə onu dünyanın ən mərhəmətli sərkərdəsi səviyyəsində təsvir edir. Bunlardan fərqli olaraq yazıçı Y.Oğuz Çingiz xanı "iki od arasında" təsvir etməkdən necə deyərlər ləzzət alır. Çünki bu ləzzəti onun qələminə zaman və dövr verir. Belə olmazsa, onun qəhrəmanını - Çingiz xanı sevə bilmərik. Yunus Oğuz Çingiz xanı bizə aparılan döyüşlərdə sevdirmir. O, öz qəhrəmanını həyata atılarkən sevdirməyə çalışır. O, yazır: "Bu balaca oğlan - Çingiz xan olana qədər tayfalararası müharibələrin içində böyüdü. O, uşaq ikən qətlin, xəyanətin, kölənin nə olduğunu bildi..." (s. 86)

Əslində yazıçının böyüklüyü və hadisələrə müdaxiləsi üçün əsas qoyduğu körpülərdən biri də elə budur. Y.Oğuz hadisələri - Çingiz xanı Çingiz xan edən döyüş səhnələrini göstərməklə fərqlənir. Döyüşdən-döyüşə bərkiyir, şan-şöhrət qazanır. Maraqlıdır ki, Y.Oğuz öz qəhrəmanını məğlubolma səbəblərindən birinin üstündə möhkəm  dayanır: "Bu yalan məlumatlar və satqınlıq, səriştəsizlik..." Çingiz xanı məğlub edən məhz hiyləgər davranışlar oldu.

Monqol-tatarların  Azərbaycanı  viran  qoymaları, kəndbəkənd, şəhərbəşəhər  yandırıb  tar-mar etmələri adamın  gözü  önündən  keçir.Monqollar 1220-1222-ci  illərdə Azərbaycanın  Beyləqan, Şamaxı, ......, Naxçıvan yaşayış məntəqələrində əhaliyə  qarşı  daha  amansız  olublar.Məsələn  ərəb  tarixçisi  İbn əl-Əsir  şamaxılılar  barədə  yazırdı  ki, "...əhali  qılınca sarılmaq  lazımdır, bizə  ölümdən  qurtuluş  yoxdur, döyüşmək  və  şərəflə  ölmək  yaxşıdır" deyərək  düşmənə  ciddi müqavimət  göstərirdi..."

Tarixçi İbn əl-Əsirin ifadəsi  ilə  desək, " şəhərdə  əhalinin  kökü  kəsilirdi..."

Yazıçı  Yunus  Oğuz  isə  sanki kimlərəsə  ultimatum  verib  xəbərdarlıq  edir

"...Bəli qılınc  həmin  qılıncdır. Qul  isə həmin  qul  deyil  daha..."

Yunus  Oğuzun  romanından  belə  bir  nəticə  çıxır  ki,  Çingiz  xanlar   həmişə  hər  vaxt  dünya  tarixinin  harmoniyası  olaraq  qalır. Lakin fikrimcə ümumdünya tarixi yoxdur. Hər sivilizasiya dövrünün öz tarixi var. Sadəcə onu qələmə ala biləsən, onu özününkü edə biləsən.Bax budur qəhrəmanlıq!

Və bu qəhrəmanlıq səhifələrində özünü, qələmini görə biləsən vəsf etdiyin qəhrəmanın ürək döyüntüsünü eşidə  biləsən.Yunus  Oğuz  Çingiz  xanı  təsvir  edərkən onu döyüşdən-döyüşə  keçirərkən  həssas  bir  fəallıq  göstərir. Nəticədə  onun  əsərində  biz  sərkərdə  Çingiz  xanı  görürük.Faktiki  olaraq Azərbaycan  ədəbiyyatında tarixi  roman  janrındakı  boşluğu  dolduran və onu  möhkəmləndirən  bu  əsər ədəbiyyatımızın  təntənəsidir!

"Çingiz  xan"  romanında müxtəlif  ərazilərin  fəth  edilməsi, süqutu,  yenidən  dirçəlməsi  məsələsini  əhatə  edən fəsillər  var. Məsələn "Tərpəniş" "Otrarın süqutu", "Səmərqəndin süqutu", "Buxaranın süqutu", "Xarəzmşah  dövlətinin  süqutu", "Sultan  Cəlaləddinin  ilk döyüşü" və  s.

Lakin  bu  fəsillər  nə   qədər  müstəqil  olsalar  da bir  qırmızı  xətdə  birləşirlər.Çünki  bu  fəsillərdəki  hadisələr  bir-birini  əvəz   edir.Çingiz xanın  xarakteri  açılır  daha  da  dolğunlaşır.

Romanın  dili,  uslubu, hadisələrin  bir-birini  tamamlaması  nə  qədər  həssaslıqla  işlənsə  də  diqqətdən  yayınan   məsələ  var. Məsələn  əsərin  353-cü   səhifəsində " Sultan  Cəlaləddinin ilk  döyüşü" hissəsində müəllif  yazır !" Düşmən  orduları Bamiran Pəncəşir  vadisində üz-üzə  gəldi.Qarşıda onun  ilk  və  böyük  savaşı  olacaqdı.Sultan  bu  savaşa  ciddi  hazırlaşırdı..."Fikrimcə  burada    müəllif yalnışlıq  edib.Tarixdə  Pəncəşir  vadisi  yoxdur.Pəncşir  vadisi  var.Pəncəşir sözü  ilə Pəncşir  sözü  arasında böyük  fərq  var.Məsələn 1.Pəncşir  vadisi-yəni  o  vadinin  üstündə  dayanan  beş  şir..

2.Pəncəşir vadisi-yəni  şir  pəncəsi...

Fikrimizi  bir   az da  aydınlaşdıraq. Məsələn  qədim  Kür  üstündən  salınan  körpülərə girişdə yolun  sağ  və  sol  tərəfindəki şir  heykəllərinə yəqin  ki  fikir  vermisiniz.Xatırladım  ki , şir   heykəli   bizim Şərq  mifologiyasında hünər,  güc  timsalında  təsvir  olunur.Pəncşir  vadisi  Əfqanıstanda  da  qəhrəmanlıq  rəmzidir.1979-cu  ildə  sovet  qoşunlarına  qarşı  ən  güclü  cəbhə  olub.(9-cu  rota  filmini  xatırlayın)Digər  tərəfdən  əfqan  dərsliklərində və  xəritələrində "Pəncəşir"  sözü  yoxdur.

Amma  bununla  bərabər Yunus  Oğuzun "Çingiz  xan" romanı bu  mövzuda  yazılan  əsərlər sırasında tədqiqat-axtarış metodologiyasına  görə  fərqlənir  və  diqqəti  cəlb  edir.

  Rövşən  Novruzoğlu,

Siyasi  elmlər  üzrə  fəlsəfə  doktoru politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31